Bundan sonra "WhatsApp" tətbiqetməsini istifadə etmək istəyənlər müqavilə qəbul etməlidir.
SHOWNEWS.AZ xarici KİV-ə istinadla xəbər verir ki, qəbul etməyənlərin hesabları 8 fevral tarixindən etibarən silinəcəkdir.
Məlumat mübadiləsinə icazə verməsəniz, artıq "WhatsApp" istifadə edə bilməyəcəksiniz.
Təsəvvür edin, rəfiqələrinizlə gəlinlik geyimi barədə söhbət edərkən "İnstagram"da gəlinlik reklamlarıyla qarşılaşacaqsınız. Dostunuzla xəngəl yeməyi planlaşdırdıqda "Facebook"da xəngəl sifarişləri qəbul edən restoranların reklamlarını görəcəksiniz.
Vatsapın verdiyi rəsmi açıqlamalara görə, istifadəçilərin məlumatları artıq "Facebook" ilə paylaşılacaq. Yəni, məlumatlarınız "Facebook"a ötürüləcək.