Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Mədə-bağırsaq xəstəliklərində hansı mineral su içilməlidir?

Mədə-bağırsaq xəstəliklərində hansı mineral su içilməlidir?

Satışda onlarla mineral su var, hər birinin də tərkibi, faydaları zəngindir.

Bəs, hansı həzm xəstəliklərində hansı seçilməlidir?

SHOWNEWS.AZ xəbər verir ki, rusiyalı proktoloq Yelena Smirnova hər mədə bağırsaq xəstəliyində mineral suyun müalicəvi olmadığını, mədənin turşuluğuna görə fərqləndiyini bildirib.

“Əgər xəstədə aşağı turşuluq və qastrit, reflü varsa, o zaman xlorid-natriy tərkibli mineral sular içməlidir: "Yesentuki 17", Minskaya və s.

Suyu ilıq halda, yeməkdən 20 dəqiqə öncə içilər. Gündə 2-3 dəfə içmək olar.

Yüksək turşuluqlu, qastriti olanlar hidrokarbonat natriy – "Borjomi", "Yesentuki 4" içə bilər.

Universal və bütün insanlar üçün faydalı olan sular da var: "Narzan", "Maqnum", "Yesentuki 4"

Mədəaltı vəz xəstəliyi, pankreatiti olanlar hidrokarbonat sulfatlı və xlorid sulfatlı sulardan yalnız aşağı dərəcəli mineral duzu olanları seçməlidir.  Bu isə "Arxız", "Slavyanovskaya", "Yesentuki 17"-dir. Onlar suyu yarım stəkan, isti halda, yeməkdən 1 saat əvvəl içməlidir.

Bağırsaqların iltihabi xəstəliklərində yüksək kaliy və aşağı duz tərkibli sular içilir: "Borjomi", "Smirnovskaya".

Tənbəl bağırsaq sindromu və qəbizlikdə "Yesentuki 17", "Narzan", "Donat Maqniy" suları içilə bilər.

Kimlərə olmaz:
Mədə-bağırsaq xorası olanlar
Böyrək və öd kisəsində daş olanlar
Mədə-bağırsaq qanaması olanlar

Müalicəvi mineral suları soyuq halda, çox miqdarda və yemək zamanı içmək olmaz. //Medicina.az