Sensor Tower 2020-ci ildə mobil tətbiq bazarlarında xərclənən pul və yüklənmə sayını açıqlayıb.
SHOWNEWS.AZ bildirir ki, şirkətin açıqlamalarına görə, istifadəçilər bu il Google Play Store və App Store-da 111 milyard dollar xərcləyiblər. Bu məbləğin 71,7%-i mobil oyunlara sərf olunub.
App Store-dakı xərclər Google Play ilə müqayisədə təxminən iki dəfə çox olub. Şirkət, həmçinin bildirib ki, ötən il 2019-cu illə müqayisədə xərclərin miqdarı 30,2 % artıb. App Store üçün bu artımın miqdarı 30,3, Google Play Store üçün isə 30 %-dir.
Sensor Tower tərəfindən paylaşılan məlumatlar iOS istifadəçilərinin 2020-ci ildə oyunlara üz tutduğunu göstərir. Məlumata görə, iOS istifadəçiləri 2020-ci ildə yalnız oyunlar üçün 47,6 milyard dollar xərcləyiblər. Bu, Apple-ın App Store-dan olan qazancının 66%-i deməkdir. Şirkətin statistikasına görə, mobil oyun sənayesi 2020-ci ildə 79,5 milyard dollar qazanıb. 2019-cu ildə bu məbləğ 63 milyard dollar olub.
Həmçinin bildirilib ki, App Store və Google Play Store-da yüklənən tətbiqlərin sayı 2020-ci ildə 143 milyarda çatıb. Bu yüklənmə sayı 2019-cu illə müqayisədə 23.7 % çoxdur.
// Ted.az