Zəncəfilli çay xolesterinin səviyyəsini aşağı salmağa, xərçəng xəstəliyinin yaranma riskini azaltmağa və oynaqlarda ağrını yüngülləşdirməyə kömək edən güclü müalicəvi xüsusiyyətlərə malikdir.
SHOWNEWS.AZ bildirir ki, bu barədə "Express" nəşri alimlərin çoxsaylı tədqiqatlarına istinadən bildirib.
Alimlərin araşdırması müəyyən edib ki, zəncəfil qinqerol maddəsi sayəsində xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Mütəxəssislərin fikrincə, zəncəfil həmçinin yaşıl çaydan iki dəfə daha faydalıdır.
Sınaqlardan biri göstərib ki, gündə zəncəfilin iki qram cövhərindən istifadə edən 30 insanda bu bitkinin yaxşı təsirinə görə bağırsaq xərçəngi riski əhəmiyyətli dərəcədə azalıb.
Zəncəfil yüksək qan təzyiqinin nizamlanmasına kömək edir, onun tərkibindəki salisilat qanı durulaşdıran aspirin komponenti rolunu oynayır.
// Deyerler.org