Xüsusilə koronavirus infeksiyası ilə mübarizə dönəmində vitamin D bədənimizdə çox əhəmiyyətli rol oynayır.
SHOWNEWS.AZ xəbər verir ki, bu vitamin çatışmazlığı dünyanın demək olar ki, bütün ölkələrində geniş yayılıb.
Amma insanların əksəriyyəti vitamin D-nin çatışmazlığından şübhələnmirlər.
Bəs D vitamini çatışmazlığının əlamətləri hansılardır?
Mütəxəssislərin fikrincə aşağı səviyyədə olan vitaminlər aşağıdakı pozğunluqlarla özünü göstərə bilər:
Sümüklərdə və beldə ağrı,
Yorğunluq
Depresif vəziyyətlər
Saç tökülməsi
Astmanın kəskinləşməsi
Ürək-damar xəstəliklərinə həssaslıq
Bütün bu problemlər D vitamini çatışmazlığının simptomları sayıla bilər. Əlbətdə başqa səbəblər də ola bilər. Amma bu əlamətlərdən biri varsa, D vitamini səviyyəsini yoxlatmaq və terapevtlə məsləhətləşərək qan analizi vermək lazımdır. (publika.az)