“Facebook” yeni smart eynəklərin satışa çıxarılacağı təqribi vaxtı açıqlayıb.
SHOWNEWS.AZ xəbər verir ki, sözügedən eynəklər bu il ərzində satışda olacaq.
“Facebook” təmsilçiləri qeyd ediblər ki, klassik eynək tərzində yeni məhsulun təqdimatı təqdirəlayiq olacaq. İstifadəçilər həmin eynəkdən gündəlik istifadə edə biləcəklər.
“Facebook” rəsmiləri, həmçinin, əminliklə bildirib ki, smart eynəklər smartfonları sıxışdırıb sıradan çıxaracaq.
Xatırladaq ki, bu cür smart eynəklər “Ray-Ban” şirkətinin tərkibindəki “Luxottica” ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq. //Lent.az