Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Leyli və Məcnun” 2021 - “Netflix” Azərbaycanda film çəkdi - VİDEO

“Leyli və Məcnun” 2021 - “Netflix” Azərbaycanda film çəkdi - VİDEO

Netflix İndoneziya istehsalı olan "Leyla-Məcnun" filminin anonsunu paylaşıb.

SHOWNEWS.AZ xəbər verir ki, təxminən 2 saat sürən romantik dram fevralın 11-də göstəriləcək. 

Filmin müəyyən hissələri İndoneziyada, bir qismi də Bakıda çəkilib. İndoneziyalı müəllim qıza elçi gəlir, o isə oğlan evinin qarşısında iki şərt qoyur: müəllimlik peşəsini davam etdirmək və Azərbaycana gəlmək. Bakıya gələrkən isə burada Samir adlı oğlana aşiq olur.

Filmin rejissoru və ssenaristi Monti Tiua, həmsenaristi Alim Sudiodur. Leyla rolunu Aça Septriasa, Samir (Məcnun) rolunu Reza Rahadian, Leylanın nişanlısı İbnunu (İbn-Salam) isə Baim Uonq ifa edirlər. 
// Sputnik.az