
Prezident İlham Əliyevin nəvələri Əli və Mikayılla idman zalından fotoları yayılıb.
Şəkilləri Əli və Mikayıl Ağalarov sosial şəbəkədə paylaşıb. Onlar fotoların Antalyada lentə alındığını bildiriblər.
Əkizlər şəkillərə "Baba ilə Antalyada idman zalında tam bədən məşqi" şərhini yazıblar.
Qeyd edək ki, Əli və Mikayıl Ölkə başçısının qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladlarıdır.
Xatırladaq ki, Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə IV Antalya Diplomatiya Forumun açılışında iştirak edib.



