Rəmiş kimi məşhurlaşan gitara ifaçısı Rafiq Hüseynovun səhhəti getdikcə pisləşir.
SHOWNEWS.AZ xəbər verir ki, Rəmişi ziyarət edənlər arasında Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun qardaşı oğlu Sahib Heydərov olub.
Hər zaman musiqiçiyə xüsusi rəğbətlə yanaşan S. Heydərov həyat yoldaşı ilə Rəmişin ziyarətinə gedib.
Sənətkarı yataqda halsız vəziyyətdə görməkdən təsirlənən S. Heydərov lazımi dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Əldə etdiyimiz məlumata görə, S. Heydərov Rəmişin səhhətinin düzəlməsi üçün özü ilə həkim də aparıb. Və lazımi bütün müalicə xərclərini öz üzərinə götürməyə hazır olduğunu əlavə edib.