Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Xüsusi.TV-nin rəsmi saytı açıldı

Xüsusi.TV-nin rəsmi saytı açıldı

Azərbaycanın sosial media platformalarında öz dəsti-xətti ilə seçilən, daim gündəmdə olan və milyonlarla izləyicinin etibarını qazanan Xüsusi.Tv xəbər portalı fəaliyyətini artıq bir üst mərhələyə daşıyıb.

 

Yeddi il öncə sadəcə sosial şəbəkələr üzərindən informasiya yayımı ilə fəaliyyətə başlayan Xüsusi.Tv, qısa zamanda geniş auditoriya qazanaraq sosial medianın aparıcı xəbər mənbələrindən birinə çevrildi.

 

Bugün isə bu uğurlu yolun növbəti mərhələsi kimi www.xususi.tv rəsmi internet saytı istifadəyə verildi. Yeni saytın fəaliyyətə başlaması ilə Xüsusi.Tv xəbərləri yalnız sosial platformalarda deyil, eyni zamanda tam funksional, müasir və rahat interfeysə malik veb portal vasitəsilə də təqdim edir.

 

Bu isə həm operativlik, həm də əhatəlilik baxımından izləyicilərə daha çox imkanlar yaradır.

Xüsusi.Tv təkcə rəsmi saytla deyil, eyni zamanda sosial mediada geniş auditoriyası ilə də tanınır. Hal-hazırda bu xəbər portalı aşağıdakı platformalarda aktiv şəkildə fəaliyyət göstərir:

 

  • Instagram – 217.000-dən çox izləyici ilə ən geniş auditoriyaya sahib səhifələrdən biridir.
  • TikTok – gündəlik minlərlə baxış toplayan, maarifləndirici və informativ videolar.
  • Facebook, YouTube, Threads və Telegram – hər bir platformada fərqli auditoriyaya uyğunlaşdırılmış, yüksək keyfiyyətli kontentlər.

 

 

Bu platformalarda yayımlanan xəbərlər tez bir zamanda viral hala gəlir, müxtəlif media qurumları və ictimaiyyət arasında müzakirə mövzusuna çevrilir.

Xüsusi.Tv xəbər portalına rəhbərlik edən şəxs – Asim Abdullayevdir. O, illərdir mətbuat sahəsində fəaliyyət göstərən, dəqiq mövqeyi, milli dəyərlərə və dövlətçiliyə sadiq duruşu ilə tanınan təcrübəli media nümayəndəsidir.

 

Onun rəhbərliyi altında Xüsusi.Tv, sadəcə xəbər paylaşan platforma deyil, ictimai rəy formalaşdıran, cəmiyyətin səsinə çevrilən bir media gücüdür.

 

Asim Abdullayevin əsas prinsipləri – obyektivlik, məsuliyyət və milli maraqların qorunmasıdır. Bu yanaşma ilə Xüsusi.Tv həmişə dövlətçilik xəttini qoruyaraq, cəmiyyətə xidmət edən medianın nümunəsinə çevrilmişdir.

Artıq Xüsusi.Tv yalnız sosial şəbəkələrdə deyil, tam hüquqlu xəbər portalı olaraq da xidmətinizdədir.

 

Əgər siz də gündəmə çevrilən xəbərləri birinci əldə etmək, doğruluğuna əmin olduğunuz məlumatları oxumaq və cəmiyyətin nəbzini tutmaq istəyirsinizsə – www.xususi.tv saytına daxil olun!