Covid-19 pandemiyasının, hər il 3 milyon insanın ağır simptomlarla keçirdiyi və 600 min insanın vəfatına səbəb olan mövsümi qrip xəstəliyinin qarşısını aldığı ortaya çıxıb.
SHOWNEWS.AZ xarici KİV-nə istinadən bidirir ki, Şimal yarımkürəsində daha çox vüsət alan bu xəstəlik artıq yox olub. Covid-19-dan vəfat edənlərin sayı bu xəstəlikdən ölənlərin sayından çox olsa da, pandemiya dövründə belə irəliləyişin əldə edilməsinin müsbət hal olduğu bildirilib.
Mütəxəssislər bu ağılasığmaz halın tarixi hadisə olduğu qənaətindədirlər. Onların sözlərinə görə, virusa qarşı istifadə edilən maskalar və sosial məsafənin qorunulması bu qripin yayılmasının qarşısını alıb.