Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Rusiya ilə razılaşma əldə etməlidir” TRAMPDAN ZELENSKİYƏ XƏBƏRDARLIQ

“Rusiya ilə razılaşma əldə etməlidir” TRAMPDAN ZELENSKİYƏ XƏBƏRDARLIQ

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynadakı müharibə ilə bağlı aparılan danışıqlardan danışıb və Zelenskinin ünvanına tənqidi fikirlər səsləndirib.

 

Axşam.az xəbər verir ki, Tramp müharibənin dayandırılması üçün danışıqların davam etdiyini bildirib. O, Ukrayna prezidentinin daha aktiv addım atmalı olduğunu deyib.

 

“Zelenski işə girişməli və razılaşma əldə etməlidir”, – deyə Tramp vurğulayıb.

 

Siyasətçi eyni zamanda Rusiya prezidenti Vladimir Putinin müharibənin dayandırılması ilə bağlı danışıqlara hazır olduğunu düşündüyünü də qeyd edib.

 

“Düşünürəm ki, Putin razılaşma əldə etməyə hazırdır”, – deyə Tramp bildirib. O, bu fikri daha əvvəl də səsləndirdiyini xatırladıb.

 

Jurnalistlər Trampdan Zelenskinin sülh razılaşmasına niyə razılaşmadığını soruşduqda isə o, detallara varmaq istəməyib. Bununla belə, Tramp Ukrayna liderinin danışıqlara kifayət qədər hazır görünmədiyini bildirib.

 

“Onun maneə olması ağlasığmazdır. Sənin kozırların yoxdur. İndi isə onlar daha da azalıb”, – deyə Tramp əlavə edib.