Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

​“WhatsApp” ödənişli oldu

​“WhatsApp” ödənişli oldu

"WhatsApp” istifadəçilər üçün yeni ödənişli funksiyanı istifadəyə verib.

Meta şirkəti "WhatsApp Plus” adlı abunə paketini test etməyə başlayıb. Məlumata görə, bu paket istifadəçilərə əlavə imkanlar təqdim edir – fərqli dizayn mövzuları, xüsusi stikerlər, daha çox çatın "pin” edilməsi və fərdiləşdirmə funksiyaları. Aylıq ödənişin təxminən 2-3 avro civarında olduğu bildirilir.

Digər tərəfdən, şirkət təhlükəsizlik və performans səbəbindən köhnə telefonlara dəstəyi dayandırmağa hazırlaşır. Bildirilir ki, 2026-cı ilin sentyabrından etibarən Android 6-dan aşağı versiyalarda "WhatsApp” işləməyəcək.

Qeyd olunur ki, bu dəyişikliklər tətbiqin daha təhlükəsiz və sürətli işləməsi üçün edilir və istifadəçilərə əvvəlcədən xəbərdarlıq olunacaq.

/metbuat.az