Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“WhatsApp”da mesaj göndərmək üsulu dəyişdi

“WhatsApp”da mesaj göndərmək üsulu dəyişdi

"WhatsApp” məxfilik funksiyalarını genişləndirməyə hazırlaşır.

AZXEBER.COM xəbər verir ki, platforma artıq mətn mesajları üçün də "bir dəfə bax" (View Once) funksiyasını sınaqdan keçirir. Bu yenilik sayəsində istifadəçi göndərdiyi mesajın yalnız bir dəfə oxunmasını təmin edə biləcək. Oxunduqdan sonra mesaj avtomatik yox olacaq. Həmçinin həmin mesajların ekran görüntüsünü çəkmək, yönləndirmək və ya yadda saxlamaq mümkün olmayacaq.

Hazırda bu funksiya yalnız şəkil, video və səsli mesajlar üçün mövcuddur. Yeniliyin yaxın vaxtlarda bütün istifadəçilər üçün əlçatan olacağı gözlənilir.