Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Çinin TOP universitetinə qəbul alan daha bir azərbaycanlı tələbə

Çinin TOP universitetinə qəbul alan daha bir azərbaycanlı tələbə

Azərbaycan gənclərinin xaricdə təhsil sahəsində qazandığı növbəti uğur ölkə hüdudlarını aşıb.

Həmyerlimiz Cavid Mehdiyev dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri, qlobal reytinqdə top 26-lıqda qərarlaşan Çinin məşhur Fudan Universitetinə qəbul alıb. Cavid Mehdiyev bu möhtəşəm nəticəyə ingilis dili biliklərini beynəlxalq səviyyədə sübut edərək, IELTS imtahanından 7.5 bal toplamaqla nail olub.

Dünya elminin mərkəzlərindən sayılan Fudan Universitetinin qapılarını açan bu yüksək göstərici həm də gəncimizin böyük əməyinin və potensialının göstəricisidir.  

Qeyd edək ki, gənc tələbənin qlobal miqyaslı bu uğurunun arxasında ölkənin qabaqcıl təhsil platformalarından olan "Beynəlxalq Təhsil Mərkəzi" dayanır. Mərkəzin xaricdə təhsil üzrə peşəkar komandası, düzgün strategiyası və tələbəyə göstərdiyi mentorluq dəstəyi bu çətin və məsuliyyətli qəbul prosesinin uğurla tamamlanmasında mühüm rol oynayıb. "Beynəlxalq Təhsil Mərkəzi" hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan gəncliyinin potensialını dünya arenasına çıxarmaq missiyasını uğurla yerinə yetirib.  

Biz də Cavid Mehdiyevi və onun bu uğurunda böyük payı olan "Beynəlxalq Təhsil Mərkəzi"ni ürəkdən təbrik edir, gənc tələbəmizə gələcək elmi fəaliyyətində və xaricdəki təhsil həyatında yeni-yeni nailiyyətlər arzulayırıq!