Türkiyədə son illər estetik əməliyyatları ilə gündəmə gələn bir çox məşhur simanın seçim etdiyi adlardan biri də azərbaycanlı plastik və rekonstruktiv cərrah Op. Dr. Azer Zeynalovdur.
Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan fenomen Dilan Polat, Mika Raun və digər tanınmış simalar estetik əməliyyatlar üçün məhz Azer Zeynalova müraciət edən isimlər arasında yer alırlar. Onun həyata keçirdiyi bir sıra estetik transformasiyalar Türkiyə mediasında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
15 ildən artıq peşəkar təcrübəyə malik olan Azer Zeynalov tibb təhsilini Azərbaycanda aldıqdan sonra plastik və rekonstruktiv cərrahiyyə üzrə ixtisaslaşmasını Türkiyənin aparıcı tibb müəssisələrində tamamlayıb.
Hazırda İstanbulda fəaliyyət göstərən həkim əsasən rinoplastika, süd vəzi estetikası, liposaksiya və bədən formalaşdırılması, üz və boyun gərmə, eləcə də rekonstruktiv cərrahiyyə sahəsində ixtisaslaşıb.
Müasir texnologiyaları və fərdi yanaşmanı əsas prinsip kimi qəbul edən Azer Zeynalov beynəlxalq konfrans və elmi tədbirlərdə də mütəmadi iştirak edir, estetik cərrahiyyədə tətbiq olunan yeni metodlarla bağlı təcrübəsini paylaşır.
Bu gün dünyanın müxtəlif ölkələrindən pasiyent qəbul edən azərbaycanlı cərrah peşəkar fəaliyyəti ilə Türkiyənin tanınmış estetik cərrahları arasında özünəməxsus yer tutub.




