Avstraliya şirkəti “Airspeeder” adlı dünyanın ilk uçan elektrikli yarış maşınını nümayiş etdirib.
SHOWNEWS.AZ DHA-ya istinadən xəbər verir ki, maşının bu ilin ikinci rübündə yarışa qatılacağı bildirilib.
İstehsalçı şirkət “Alauda Aeronautics”in yaydığı məlumata görə, uçan maşın əvvəlcə uzaqdan pilot vasitəsilə idarə olunacaq. Onun şaquli istiqamətdə enə və qalxa bildiyi qeyd olunub.
Uçan maşın üzərində üç il iş aparılıb.
// Qafqazinfo