“Samsung”, bir sıra məşhur smartfonları üçün yenilənmələri yayımlamağı dayandırıb.
“RİA Novosti”nin məlumatına görə, müvafiq məlumatlar şirkətin rəsmi saytında dərc olunub.
Bildirilir ki, “Galaxy J3 Pop”, “Galaxy A3 2017”, “Galaxy A5 2017” və “Galaxy A7 2017” proqram yeniləmələrini alacaq cihazlar siyahısından çıxarılıb.
Beləliklə, şirkət bu smartfonları dəstəkləməyi dayandırıb.