Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bu qoçun qiyməti 1 milyon dollardır

Bu qoçun qiyməti 1 milyon dollardır

Qırğızıstanda Araşan ətlik-piylik cinsinə aid qoç 1 milyon dollara satılıb. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, həmin heyvan 2023-cü ildə Qazaxıstanda 150 min dollara alınmış Frankel ləqəbli qoçun nəslindəndir.

Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu böyük sövdələşmə Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistandan olan fermerlərin iştirakı ilə keçirilən beynəlxalq festivalda bağlanıb. 

Qeyd edək ki, Araşan cinsi 2021-ci ildə Qırğızıstanda rəsmi olaraq qeydiyyata alınıb. Onun yaradılması üzərində iş 1970-ci illərdən başlayıb. Cütləşdirmə üçün Tacikistandan gətirilmiş Hissar qoçlarından və yerli qaba yunlu qoyunlardan istifadə olunub.

Araşan cinsindən olan heyvanlar zərif və şirəli əti, həmçinin quyruq piyinin çox olması ilə fərqlənir. Cins yüksək dağlıq və düzənlik çöl şəraitində saxlanmağa uyğunlaşdırılıb. Qoyunlar dözümlüdür, otlaqlarda uzun müddət otarıla, eyni zamanda tövlə şəraitində saxlanıla bilir.