Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İnstaqrama yeni funksiya əlavə ediləcək

İnstaqrama yeni funksiya əlavə ediləcək

"Clubhouse" servisinin məşhurluğunun artması fonunda bir çox sosial şəbəkə öz platformalarında "Clubhouse" funksiyalarını reallaşdırmağa başlayıb. Görünür, İnstaqram da istisna olmayacaq.

 

Bir müddət bundan öncə tərtibatçılar İnstaqrama "Live Rooms" adlı qrup videozənglərini əlavə etmişdilər.

 

Məlumata görə, indi isə tərtibatçılar "Live Audio Rooms" adlı funksiya üzərində çalışırlar. Bu barədə məlumatı Alessandro Paluzzi adlı datamayner öz Twitter hesabında verib.

 

Hazırlanan yeni funksiya canlı yayım çərçivəsində istifadəçilərə audiokonfrans keçirmək imkanını verəcək. "Live Audio Rooms" funksiyasının İnstaqramda nə zaman istifadəyə veriləcəyi barəsində məlumat verilməyib.

 

Bundan başqa, tərtibatçılar yaxın zamanda İnstaqramdakı mesajlara "end-to-end" şifrələnmə sistemini əlavə edəcəklər. Bu üsul ilə sayəsində hakerlər mesajları oxuya bilməyəcəklər.

///BAKU.WS