Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

92 yaşlı gəlinlə 70 yaşlı bəyin TOYU OLDU

92 yaşlı gəlinlə 70 yaşlı bəyin TOYU OLDU

Rusiyanın Tümen vilayətində 92 yaşlı gəlinlə 70 yaşlı bəy bütün adət-ənənələrlə toy mərasimi keçirib.

Bu barədə “Mash” “Telegram” kanalı kadrlar yayıb.

 

Raisa Stepanova və Qennadiy Arkadyeviç əvvəlcə gözəllik salonuna yollanıblar. Gəlin dizayner işi olan dəbli paltar, bəy üçün xüsusi hazırlanmış kostyum geyinib. İmza mərasimi, buket atmaq və sair ənənəyə uyğun həyata keçirilib. Vacib gün fotoqraf tərəfindən çəkilib, Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatın (VVAQ) qapısında isə onları limuzin qarşılayıb və doğma kəndlərinə aparıb. Toy mərasimi orada davam edib.

Məlumata görə, cütlük kənd sahə müvəkkilinin sayəsində tanış olub. Təqaüdçü tək qaldığını və evlənmək istədiyini deyib, hüquq mühafizəçi də kişinin istədiyi parametrlərə uyğun ən yaxşı namizədi göstərib. Tanışlıqdan sonra cütlük evlənməyi gecikdirməmək qərarına gəlib və nikah üçün Tümenin ən təntənəli VVAQ-nı seçib.