Türkiyədə fəaliyyət göstərən restoranlardan birində müştərilərə qızıl basdırma təqdim edilir.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, uzun müddətdir restoran işlədən Tolqa daha çox müştəri cəlb etmək üçün ətdən qızıl təbəqə ilə örtülü basdırmalar hazırlamağa başlayıb.
Basdırmanın 1 kiloqramı 800 lirəyə (167 manat), 1 dilimi isə 18 lirəyə (3 manata) satılır.
Türkiyədə ilk dəfə qızıl basdırma hazırladığını deyən Tolqa, müştərilərdən çoxlu sifarişlər aldığını bildirib:
“30 ildir bu sahədəyəm. Son 5 ildir ki, satışları onlayn şəkildə də həyata keçirməyə başladıq. Bir gün qızıl basdırma sifarişi aldım. Ondan sonra bunu hazırlayıb satmağa başladım. Müştərilərin böyük maraq və tələbatı ilə qarşılaşdıq. Hazırlamaq üçün əvvəl əti bişirik, daha sonra qızıl yarpaqları onun üzərinə sarıb bir gün gözlədirik və hazır olur. Qızıl listləri isə xaricdən sifariş edirik. İstehlak edərkən mədədə heç bir problem yaratmır. Restorana gələn müştərilərin böyük əksəriyyəti bundan sifariş edir”.