İnsanın fikirləri maşına bənzəyir. Əgər kontrol olunmazsa, mümkündür ki, hər tərəfə getsin. Ancaq mahir bir sürücü onu doğru yolda hərəkət etdirər və məqsədə çatdırar.
Fikirləri kontrol etmək üçün böyük səy və çalışmaya ehtiyac vardır. İnsan ancaqbu yolla şeytanın (дэт) vəsvəsələrindən xilas ola bilər. Əgər insan pis fikirlərinin aqibətindən xəbərdar olsa, çalışacaqdır ki, fikirlərini doğru yola hidayət etsin.
Bəs nə edək ki, fikirlərimizi kontrol edək?
1. Ağıldan yardım alaq. Şəhvət qüvvəsinə və ümumilikdə pis fikirlərə qalib gəlməyin yollarından biri - ağıl qüvvəsindən yardım almaqdır. İmam Əli (ə) buyurur: "Həqiqətən, qəlblər üçün pis düşüncələr və xahişlər olarsa, ağıl onlara mane olar".
2. Allaha pərəstiş. İnsan həddi-büluğa çatandan sonra ona ağılın yardım etməsi kifayət etmir. Bu zaman daha iti silaha ehtiyac vardır. Bu silah - təqva və Allaha sevgidir. Bir sözlə desək, Allaha pərəstişdir. Qurani-Kərim buyurur: "Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar". ("Əraf" 201).
3. Şəhvət barəsində düşünməmək. İmam Əli (ə) buyurur: "O kəs ki, günah ətrafında çox düşünər, nəhayət ona tərəf çəkilər".
4. Boş vaxtları doldurmaq. Həzrət Peyğəmbər (s) buyurur: "İki sifət bir çox insan üçün fitnə mənbəyidir: bədənin sağlamlığı və bekarlıq". (Beytutə)
İnsana verilən bədən sağlamlığı - böyük nemətlərdəndir. O, bunu bəndəlik üçün tətbiq edə bilər, ya da günaha yönəldə bilər - seçim onundur.
Boş vaxtını da qənimət bilməli, mənalı məşğuliyyətlərə sərf etməlidir. Qətiyyən bekarçılıq etməməlidir.
Allah Təala bizləri düşüncələrinə nəzarət edənlərdən qərar versin!