Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Etdiyimiz günahları necə yuya bilərik? - YOLLARI

Etdiyimiz günahları necə yuya bilərik? - YOLLARI

İslam Peyğəmbəri (s) buyurur:
Harada olsan Allahdan həya et! Camaatla yaxşı keçin! Nə vaxt günah etdin, ondan sonra yaxşı bir iş gör ki, günahın yuyulsun!
İmam Sadiq (ə) buyurur:
Gizlində günah edən şəxs əvəzində gizlində yaxşı iş görməlidir. Və aşkarda günah edən şəxs aşkarda yaxşı iş görməlidir.
İmam Baqir (ə) buyurur:
Tövbə edənin işlərində tövbənin əlamətləri olmasa, onun tövbəsi həqiqi deyil. Tövbə edən şəxs boynunda haqqı olan şəxsləri razı salsın, qəzaya getmiş namazlarını qılsın, möminlərin qarşısında təvazökar olsun və özünü nəfsin tüğyanından qorusun.
İmam Əli (ə) buyurur:
Tövbənin səmərəsi günahların vurduğu zərəri aradan qaldırmaqdır.
İmam Baqir (ə) buyurur:
Günah işləri tərk etdikdən sonra yaxşı işlər görmək nə qədər gözəldir!
İmam Kazim (ə) buyurur:
Pənahsız şəxsə sığınacaq vermək və qəmli şəxslərin qəminə şərik olmaq böyük günahların təsirini aradan qaldıran amillərdəndir.
Bir nəfər İslam Peyğəmbərindən soruşdu: «Qeybət etməyin tə’sirini hansı işlə təmizləyək?» O həzrət buyurdu: «Qeybətini etdiyin şəxsin, bağışlanmasını istə».
İmam Baqir (ə) buyurur:
Üç iş günahları təmizləyən işlərdəndir:
Ucadan salam vermək.
Başqalarına təam (ehsan) vermək.
Gecə hamı yatan vaxt ibadət etmək.
O Həzrət başqa hədisdə belə buyurur:
Dörd xislət hər kimdə olsa, başdan-ayağa günaha bulaşsa belə, Allah onun günahlarını (tövbə etdikdən sonra) bağışlayacaq:
Doğru danışmaq; Həyalı olmaq; Camaatla əxlaqla davranmaq; Allaha şükr etmək. 
İslam Peyğəmbəri buyurur:
Bəzi günahlar hətta namaz qılmaqla və Allah yolunda ehsan verməklə təmizlənməz. 
Bir nəfər soruşdu: Bəs hansı işlərlə təmizlənir?
Həzrət buyurdu: Qazanc yolunda məşəqqətə düşməklə.
Bir nəfər Peyğəmbərin hüzuruna gəlib ərz etdi: «Günahlarım çox, yaxşı işlərim isə azdır».
Peyğəmbər buyurdu: «Çoxlu səcdə et! Çünki külək ağacların yarpağını tökdüyü kimi səcdə də günahları təmizləyir».