Alimlər gecə növbəsində uzun müddət işləyən peşə sahiblərinin illər sonra xərçəng olma riskinin yüksək olması barədə xəbərdarlıq edib.
SHOWNEWS.AZ xəbər verir ki, buna sənən sutkalıq ritmin pozulması, buna cavabdeh genlərin DNT-sində geridönülməz dəyişikliklərin baş verməsidir.
Bundan öncə də çoxsaylı elmi tədqiqatlar müntəzəm olaraq illərlə gecə növbəsində işləyən istər kişi, istər qadınlarda onkoloji, eləcə də mübadilə pozulması, ürək-damar, nevroloji, psixoloji xəstəliklərin daha çox yaranmasını sübut edib.
ABŞ Vaşinqton universitetinin alimləri yeni elmi işlərində bunun səbəbini izah etməyə çalışıblar.
Onların eksperimentində 14 nəfər sağlam könüllü iştirak edib.
2 həftə davam edən laborator müşahidələr göstərib ki, gecə oyaq qalmaq və işləmək orqanizmin normal sutkalıq bioritmini pozur və xərçəngə səbəb olan genləri aktivləşdirir.
Eksperiment zamanı iştirakçıların yarısı gecə işləyib, gündüz yatıb, digər qrup isə gündüz işləyib, gecə yatıblar.
Daha sonra hər kəsin daxili bioloji ritmlərini qeydə alan standart protokol tətbiq olunub.
Nəticələr göstərib ki, gecə növbəsi həqiqətən insan bioloji ritmlərinin təbii gedişatını pozur və genlərdə dəyişiklik yaradır. /medicina.az
Milli.Az