Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Google” azərbaycanlı tələbəyə təşəkkür etdi

“Google” azərbaycanlı tələbəyə təşəkkür etdi

“Google”un Təhlükəsizlik Komandası azərbaycanlı gənc Veysel Xankişiyevə sistemin “Google Ads” servisində boşluq (“bug”) tapdığına görə ona təşəkkürünü bildirib.

Bu barədə “Report”a gənc proqramçı özü məlumat verib.

Məlumata görə, o, servisin Təhlükəsizlik Komandasının mütəxəssisindən rəsmi məktub alıb.

 

Məktubda boşluğun qeydə alındığı bildirilib və V.Xankişiyevə təşəkkür edilib. Daha sonra 22 yaşlı gənc “Google”un “Boşluq Ovçusu” (“Bug Hunter”) siyahısına düşüb.

Qeyd edək ki, bu, 21 yaşlı tələbənin ilk işi deyil. O daha öncə həm Azərbaycan, həm də xaricdəki Arizona Universiteti, “Microsoft”, Harvard Universiteti və s. kimi dövlət müəssissələri və şirkətlərin veb-saytlarında bir sıra boşluqlar tapıb.

Əslən Füzulidən olan V.Xankişiyev Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.