
Məşhur Hollivud ulduzu Harrison Fordun ifasında macera həvəskarı İndiana Consun papağı hərraca çıxarılacaq.
SHOWNEWS.AZ oxu.az-a istinadla xəbər verir ki, bu barədə “Prop Store” hərrac evi “Twitter” səhifəsində məlumat yayıb.
Məlumata görə, papağın ilkin qiyməti 250 min dollardır.
Papaq 1984-cü ildə “İndiana Cons və tale məbədi” adlı filmin çəkilişləri zamanı istifadə olunub.
Bununla yanaşı, hərracda Harri Potterin eynəyi və sehirli çubuğu, “Ulduz müharibələri: Skayuokerin yüksəlişi” filmindəki dron da satışa çıxarılacaq.