Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən hazırlanmış COVID-19-a qarşı bitki əsaslı peyvənd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sınaq mərhələsində olan peyvənd namizədlər siyahısına daxil edilib.
SHOWNEWS.AZ-ın məlumatına görə, T.Məmmədovun rəhbərlik etdiyi qrup tərəfindən laboratoriyada xüsusi olaraq istehsal edilən "Nicotiana Benthamiana" tütün növünün yarpaqlarında istehsal edilən protein əsasında peyvənd əldə olunub.
Bu peyvəndin bir dozası COVID-19-a qarşı xüsusi immunitet yaradır.