Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Türkiyədə yaşayan azərbaycanlı memar beynəlxalq müsabiqənin qalibi olub

Türkiyədə yaşayan azərbaycanlı memar beynəlxalq müsabiqənin qalibi olub

ürkiyədə yaşayan həmvətənimiz, memar Aysel Abasova “Hədəf sıfır innovasiya” adlı beynəlxalq müsabiqədə dünya birincisi olub.

Oxu.Az xəbər verir ki, iqlim dəyişikliklərinə həsr olunan və gənclərə yenilikçi fikirlərini inkişaf və tətbiq etməyə imkan yaradan yarışa 43 ölkədən 243 iştirakçı qatılıb.

Türkiyəni təmsil edən Aysel Abasova birdəfəlik plastik tullantıları təkrar emal edərək qida tullantıları üçün xüsusi qab – “bokashi kova” (yaponca termin olan bokashi – qida  tullantılarının torpağı münbitləşdirən qatqıya çevrilməsi deməkdir; kova – türkcə dolça, vedrə) hazırlayıb.

Onun layihəsinə uyğun olaraq toplanmış plastik məmulatları təkrar emal etməklə hazırlanan zibil qutusuna atılmış qida tullantılarına xüsusi maddə əlavə etməklə gübrə hazırlamaq mümkün olacaq. Layihənin əsas məqsədi ətraf mühiti qorumaq, qlobal istiləşmənin qarşısının alınmasına töhfə verməkdir.

İstanbul Bilgi Universitetində memarlıq təhsili alan Aysel Abasova daha sonra İspaniyanın Barselona şəhərindəki Kataloniya Memarlıq İnstitutunda qabaqcıl texnologiyalar və robot texnikası üzrə magistr proqramını tamamlayıb.

Türkiyəyə qayıtdıqdan sonra öz şirkətini qurub. Həmvətənimizin yeni layihəsinin əsas məqsədi istifadə olunmuş plastik materialları ətraf mühitə zərər verən tullantıya deyil, əksinə, faydalı məhsula çevirməkdir. Beynəlxalq müsabiqədə Türkiyəyə birincilik qazandıran həmvətənimzin “bokashi kova”  layihəsi qardaş ölkənin mediasında da maraq doğurub.

Türkiyə mətbuatında dərc olunan yazıda Aysel Abbasova fəaliyyəti və hədəfləri haqqında danışarkən deyib:

“Dünyanın hazırda iqlim böhranı yaşadığını nəzərə alarsaq, deyə bilərik ki, birdəfəlik istifadə olunan plastik materiallar bu problemin böyük bir hissəsini təşkil edir. Təbiətimizə zərər vuran plastik tullantılar, əslində, böyük dəyər və potensiala malikdir. Biz plastik tullantıları təkrar emal müəssisələrindən və ya fərdlərdən toplayır, sonra onları dizaynımıza uyğun şəkildə fərqli rənglərdə qarışdırırıq. Daha sonra əldə etdiyimiz bu qarışıqları panel maşınımızla panellərə və ya 3D çapına çeviririk. Nəticədə tamamilə təkrar emal edilmiş plastikdən yeni məhsullar hazırlayırıq. Bu yolla insanlara tullantı plastiklərini təkrar emal etmək yolu ilə yeni məhsul ərsəyə gətirməyin mümkünlüyü ilə bağlı mesaj veririk. Qoy onlar anlasın ki, bu istiqamətdə nə qədər çox məhsul istehsal edilərsə, bir o qədər də plastiklər tullantıya çevrilməz”.

Qeyd edək ki, A.Abasova müsabiqədə qazandığı mükafat sayəsində qurduğu şirkəti üçün avadanlıqlar alıb. Hazırda şirkət “bokaşi kova”laın hazırlanması ilə məşğuldur.

“Əsas məqsədimiz yeni üsullar tətbiq edərək plastik materialları təkrar canlandırmaqdır. Çalışırıq ki, insanlar da plastik tullantıları gözəl və dizayn edilmiş məhsullara çevirsin”, - deyə o bildirib.