Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Facebook”, “WhatsApp” və “Instagram”da baş verən 6 saatlıq çökmə zamanı “Telegram” 70 milyon abunəçi qazandı

“Facebook”, “WhatsApp” və “Instagram”da baş verən 6 saatlıq çökmə zamanı “Telegram” 70 milyon abunəçi qazandı

Dünən gecə “Facebook”, “WhatsApp” və “Instagram”da baş verən çökmə əsnasında “Telegram” 70 milyon yeni istifadəçi qazanıb.

Bunu “Telegram”ın qurucusu Pavel Durov açıqlayıb.

Altı saata qədər davam edən çökmə müddətində bir çox sosial media istifadəçiləri “Telegram”a üz tutub.

 

“Teleramın”ın günlük böyümə nisbəti standart böyümələri ötdü və bir gündə digər platformalardan 70 milyondan çox istifadəçini qəbul etdik”, - Durov “Telegram” hesabında yazıb.

O əlavə edib ki, istifadəçi çoxluğuna görə yavaşlama olsa da, sosial şəbəkənin işində fasilə yaranmayıb.