Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Van Qoqun bu əsəri 36 milyon dollara satıldı

Van Qoqun bu əsəri 36 milyon dollara satıldı

Dünya şöhrətli rəssam Van Qoqun “Meules de ble” adlı peyzajı hərracda 35,9 milyon dollara satılıb. 

İkinci Dünya müharibəsi zamanı Fransanın işğalı vaxtı nasistlər tərəfindən ələ keçirilən əsər holland impressionistin ən baha qiymətə satılan əsəri olub.

 

“Christie's” hərrac evinin məlumatına görə, 1888-ci ildə çəkilmiş əsərin ilkin satış qiyməti 20-30 milyin dollar olub. Sonuncu dəfə o, 1905-ci ildə sərgilənib.

Van Qoqun intiharından sonra rəsm əsəri rəssamın qardaşı Teo Van Qoqa məxsus olub. Ancaq əsər Fransanın işğalı zamanı nasistlərin əlinə keçib. Müharibədən sonra 1970-ci illərin ortalarınadək peyzajın yeri məlum olmayıb. “Christie's” kolleksiyaçılar və ilk varislərlə müqavilə imzalayanadək əsər şəxsi əllərdə olub.