Dünən Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax avtomagistralının Qazaxın Yuxarı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb.
Rayonun Qaymaqlı kənd sakini, 2004-cü il təvəllüdlü Lalə Süleymanovanı TIR vurub. Gənc qız
hadisə yerində vəfat edib.
Faciəli şəkildə ölən gəncin fotosu sosial şəbəkələrdə paylaşılıb.