"Atam Bülbülün ev muzeyinin ətrafında konsert meydançası tikilir. İstəyirik ki, yay mövsümündə gənc ifaçılarımız orada konsert keçirsinlər".
Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Musavat.com-a açıqlamasında bildirib. Səfir daha sonra Rusiyada keçiriləcək tədbirlərdən söz açıb:
"Gələn il Rusiya ilə Azərbaycan arasındakı diplomatik əlaqələrin 30 illiyidir. Bununla bağlı bir sıra tədbirlər nəzərdə tutulur. Lakin pandemiya bir çox mədəniyyət əlaqələrinə, tədbirlərinə əngəl olub. Bununla belə ümid edirəm ki, tezliklə planladığımız tədbirlərimiz həyata keçəcək".
Polad Bülbüloğlu Şuşada solo konsert vermək arzusundan da danışıb:
"Bildiyiniz kimi, gələn il Bülbülün 125 illiyidir. Bununla əlaqədar olaraq Şuşada vokalçıların festivalı olacaq. Lakin bunun üçün bir çox problemlər həll olunmalıdır. Bunun üçün əhali ora qayıtmalıdır və sairə.
Əlbəttə ki, mən də ayrıca konsert verəcəm. Adam Şuşada elə oxumaq istəyir... "