Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanda müəllimi sağ olduğu halda ölü kimi qeydiyyata alıblar

Azərbaycanda müəllimi sağ olduğu halda ölü kimi qeydiyyata alıblar

Ağcabədidə 59 yaşlı qadın sağ olduğu halda ölü kimi qeydiyyata alınıb.

SHOWNEWS.AZ xəbər verir ki, qeyri-adi hadisə Hindarx qəsəbə sakini Minarə Əliyevanın başına gəlib.

Qəsəbənin 3 saylı orta məktəbində riyaziyyat-informatika müəllimi işləyən M.Əliyevanın sözlərinə görə, bu ilin iyul ayında ənənəvi şəxsiyyət vəsiqəsin yeni nəsil şəxsiyyət vəsiqəsi ilə dəyişdirmək üçün Ağcabədi ASAN Xidmət Mərkəzinə müraciət edib.

 

Elə bütün məsələ də bundan sonra üzə çıxıb. M.Əliyeva bununla bağlı "Xəzər xəbər"ə danışıb:

"Rayon Təhsil Şöbəsinin mühasibatlığında mənimlə müqavilə imzalanan zaman mühasib çaş-baş qaldı. Direktora müraciət edib ki, bu müəllim vəfat edib? O da cavablayıb ki, xeyr, hazırda sinifdə dərs keçir. Məlum oldu ki, Ədliyyə Nazirliyinin saytında mən ölmüş kimi qələmə verilmişəm. Qeydiyyatda ölmüş kimi gedirəm".

Müəllim bununla bağlı yenidən Ağcabədi ASAN Xidmət Mərkəzinə müraciət edib. Oradan bildirilib ki, o, guya 1972-ci ildə Kəlbəcərin yaylağında vəfat edib, Ağcabədi rayon Hindarx qəsəbəsində dəfn olunub. 

"Ağcabədi rayon Qeydiyyat şöbəsinə müraciət edərkən,  arxivə baxdılar ki, orada həqiqətən də vəfat etmiş kimi göstərilmişəm, ölüm sənədim var. Soruşdum ki, bəs nə etməliyəm? Dedilər, bunu məhkəmə yolu ilə, nazirliklə həll edə bilərsiniz" - deyə M.Əliyeva açıqlamasında qeyd edib. 

Ağcabədi Qeydiyyat şöbəsindən bildirilib ki, adıçəkilən şəxs sistemdə 1972-ci ildə kənd icra nümayəndəliyinin sənədi əsasında ölü kimi qeydiyyata alınıb. O, bunun həlli üçün məhkəməyə müraciət etməlidir.