Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanlı qızları fahişəliyə cəlb edən qadına hökm oxundu

Azərbaycanlı qızları fahişəliyə cəlb edən qadına hökm oxundu

İnsan alverində təqsirli bilinən K. C.-nın cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qadın Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İnsan alveri iki və daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham olunub. Məlumata görə, 37 yaşlı K. C. cinayət əməllərini 2016 və 2019-cu illərdə həyata keçirib.

 

O, 2016-cı il avqustun 1-dən 16-dək zərərçəkmiş 43 yaşlı N.A-nı, 2019-cu il mayın 11-dən 16-dək olan dövr ərzində isə 34 yaşlı Ş.M-nı Türkiyənin Konya şəhərinə aparıb. Daha sonra isə orada qurbanlarını cinsi istismara məcbur edib.