Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bu gün şəhid olan polkovniklər Vətən Müharibəsi iştirakçıları imiş...

Bu gün şəhid olan polkovniklər Vətən Müharibəsi iştirakçıları imiş...

Xəbər verdiyimiz kimi, bu gün DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, qəza nəticəsində həlak olan yüksək rütbəli zabitlərimiz - polkovnik Nəzirov Emil Nəzir oğlu və Cavadov Fizuli Əlikram oğlu Vətən Müharibəsi iştirakçılarıdır.

Polkovnik Emil Nəzirov “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Polkovnik Cavadov Fizuli 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Emil Nəzirov

Fizuli Cavadov