Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Kürdəmirdə sahibsiz itlər yerli sakinə hücum edərək qulağını qoparıb

Kürdəmirdə sahibsiz itlər yerli sakinə hücum edərək qulağını qoparıb

Kürdəmir sakini sahibsiz itlərin hücumuna məruz qalıb.

“Report” xəbər verir ki, hadisə QarasaqqaI kəndində qeydə alınıb.

Yerli sakin, 49 yaşlı Məmmədov Qurban Əhəd oğlu kənddə gəzərkən sahibsiz itlər ona hücum edib. Heyvanlar Q.Məmmədovun sağ qulağını dişləyərək qoparıb.

 

Zərərçəkən ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər ona quduzluq əleyhinə zərdab vurublar.

Xəstəxanadan verilən məlumata görə, cari ildə Kürdəmirdə 300 nəfərdən çox sakin sahibsiz itlərin hücumuna məruz qalıb.

Faktla bağlı araşdırma aparılır.