Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Tik-tok” istifadəçiləri bu il mobil tətbiqə 135 milyard dollar xərcləyib - LİDERDİR

“Tik-tok” istifadəçiləri bu il mobil tətbiqə 135 milyard dollar xərcləyib - LİDERDİR

2021-ci ildə "iOS" və "Android" əməliyyat sisteminin istifadəçilərinin mobil tətbiqlərə xərclədikləri məbləğ rekord qiymətə çatıb.

 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu il ərzində istifadəçilər tətbiqlərə ümumilikdə 135 milyard dollar (təxminən 229 milyard 500 milyon manat) pul xərcləyiblər. 

Mobil əlavələrdən ən çox gələn gəlir qeymerlərin payına düşür. Onlar "App Store"-a 60%, "Google Play"-ə isə 80% pul qazandırıblar. Tətbiq yükləmələrinin sayı isə ötən illə müqayisədə 8% artıb. 

Ən çox tətbiq yüklənən ölkələr sırasında 1-ci pilləni Hindistan (20%), 2-ci yeri ABŞ (9%), 3-cü yeri isə Braziliya (8%) tutur.

İstifadəçilərin daha çox vaxt keçirdiyi sosial şəbəkə isə TikTok olub.