Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakı Zooparkında şir balası dünyaya gəldi

Bakı Zooparkında şir balası dünyaya gəldi

Bakı Zooloji Parkında yaşayan şirlərin birinin balası dünyaya gəlib.

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakı Zooparkını ziyarət edərək şir balasına baş çəkib, onun vəziyyəti və saxlandığı şəraiti ilə tanış olub.

 

Bildirilir ki, şirin anası təcrübəsiz olduğu və balasına baxa bilmədiyinə görə yeni doğulan şir balası ayrı yerdə saxlanılır.

Hazırda bala xüsusi təchiz edilmiş isti otağa yerləşdirilib, baytar həkim və zoopark əməkdaşlarının mütəmadi nəzarəti altında saxlanılır.

Təxminən 3 kq çəkisi olan dişi cinsli şir balasının doğulması ilə zooparkdakı şirlərin sayı beşə çatıb.