“WhatsApp” növbəti yeniliyini istifadəçilərin ixtiyarına verib.
Axşam.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Artıq mesencerdə yazışmanın içində olmadan səsli mesajlara qulaq asmaq mümkündür. Yeni söhbət və ya əsas ekrana keçdiyiniz zaman səsli mesaj proqramın yuxarı hissəsində görünür. İstifadəçilər həmin səsi oxutmaq və dayandırmaq üçün xüsusi düymədən istifadə edəcəklər.
Sözügedən funkisya hazırda “WhatsApp”ın "Android" əməliyyat sistemi ilə çalışan beta versiyasında mövcuddur.