Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Koronavirusa yoluxan kişilərin kişi hormonları əhəmiyyətli dərəcədə azalır - ALİMLƏR ARAŞDIRDI

Koronavirusa yoluxan kişilərin kişi hormonları əhəmiyyətli dərəcədə azalır - ALİMLƏR ARAŞDIRDI

Koronavirus infeksiyası pasiyentdə kişi hormonlarının səviyyəsini azaldır, lakin sağaldıqdan sonra fertillik əmsalı normallaşır.

Bu barədə Seçenov Universitetinin tədqiqatçıları bildiriblər. Onlar Universitetin koronavirus xəstəxanasının bazasında altı ay ərzində koronavirus xəstələrinin hormonal vəziyyətini müşahidə ediblər və nəticələri ümidverici adlandırıblar.

 

Alimlər koronavirusa yoluxan 44 kişini və nəzarət qrupunu təşkil edən 44 sağlam könüllünü müayinə ediblər. Ultrasəs müayinəsi kişilərin cinsiyyət orqanlarında hər hansı iltihab və ya qan dövranında  pozuntu göstərməyib. Lakin hormonal vəziyyət nəzərəçarpacaq dərəcədə pisləşib, o cümlədən testosteron səviyyəsi kəskin azalıb.

Bununla belə, bu, müvəqqəti olaraq baş verib; sağaldıqdan üç ay sonra aparılan spermoqramma nəzarət qrupu ilə koronovirusu keçirən xəstələr arasında əhəmiyyətli fərq göstərməyib.

Alimlərin fikrincə hormonal sistemə təsir xəstəliyin pik həddində baş verir.

“COVID-19 virusu pasiyentdə kişi hormonlarının səviyyəsini əhəmiyyətli dərəcədə azaldır, lakin virusdan qurtulmaqla, fertillik göstəriciləri də normala qayıdır”, -  deyə məlumatda əlavə edilib.