Bakı Ali Neft Məktəbinin V kurs tələbəsi Rəşad Əhmədov ABŞ-ın 4 universitetinin birbaşa doktorantura pilləsinə tam təqaüdlə (90.000 dollar) qəbul alıb.
Bu barədə BANM-nin rektoru Elmar Qasımov bildirib.
R.Əhmədov ABŞ universitetləri arasında reytinqinə görə 34-cü pillədə yerləşən Roçester Universitetini seçib.
Qeyd edək ki, Abşeron rayon Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu olan Rəşad 2017-ci ildə BANM-a 677 balla daxil olub.