Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Müslüm Maqomayevin yeganə övladı haradadır?

Müslüm Maqomayevin yeganə övladı haradadır?

Müslüm Maqomayev təkcə səsi ilə deyil, xarizması ilə də ətrafdakıları heyran edirdi. Təsadüfi deyil ki, yaraşıqlı Müslüm çox gənc ikən ail qurdu. 19 yaşı müğənni Ofeliya Vəliyeva ilə 1961-ci ildə dünya evinə girir. Onların evliliyi çox uzun sürməsə də Müslümün bu izdivacdan bir övladı dünyaya gəlir. Marina adlı bu qız dahi sənətkarın ilk və son övladı olur.

Təsadüfi deyil ki, bütün müsahibələrində Maqomayev həyatda ən çox sevdiyi üç şeydən biri qızı olduğunu deyirdi. Qışda doğulduğu üçün Marinanı çox zaman “qarçiçəyi” deyə çağırırdı. 

Müslüm Maqomayevin qızı ilə bağlı arzusu ürəyində qaldı

Marina Bakıda anadan olub. Lakin onun bir yaşı olanda Müslüm ailəni və Bakını tərk edib Moskvaya yollanır. Moskvadakı gərgin iş rejimi, davamlı qastrollar Müslümü yorsa da o heç zaman Bakıdakı qızını unutmayıb, ona   qarşı diqqətsizlik etməyib. Tez-tez qızına baş çəkib və həmişə onun xərclərini qarşılayıb. 

Sonradan Marina anası ilə Amerika Birləşmiş Ştatlarına köçür. Bununla belə onların əlaqəsi kəsilmir. Müslüm Maqomayev yeni həyat yoldaşı, müğənni Tamara Sinyayevskaya ilə tez-tez onlara baş çəkməyə gedirdi. 

Uşaqlıqdan Marina da yaradıcılığa maraq göstərirdi, mahnı oxumağı və rəqs etməyi sevirdi. O da atası kimi pianoda gözəl ifa edirdi. Ona görə də, Müslüm Marina ilə birgə səhnədə konsertlər verməyi çox istəyirdi. Lakin Marina başqa bir yol seçərək atasının sənətini davam etdirmədi.  

Nəvə də Maqomayevin yolunu davam etdirmədi 

Hazırda ABŞ-da yaşayan Marina Maqomayeva şəxsi həyatını gizli saxlamağa üstünlük verir. Jurnalistlərlə çox nadir hallarda ünsiyyət qurur.  

Xatırladaq ki, Marina atasının dostunun oğlu - Aleksandr Kozlovski ilə evlidir. Onların Alen adlı bir oğulları var.  Alenin gözəl səsi olmasına baxmayaraq o da babasının yolu ilə getmədi. O, hazırd ABŞ-ın Ohayo ştatında yaşayır və prodüserlik edir.