Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Whatsapp”da yeni funksiyalar istifadəyə verildi

“Whatsapp”da yeni funksiyalar istifadəyə verildi

“WhatsApp”ın tərtibatçıları bir sıra yenilikləri özündə cəmləşdirən messencerin yenilənmiş versiyasını təqdim ediblər.

Artıq istifadəçilər qrup zəngləri zamanı digər iştirakçıların səsini tamamilə ala bilərlər. Bildirilir ki, bu, həmsöhbətlərdən biri mikrofonu söndürməyi unutduqda, çox faydalı ola bilər.

 

Xüsusiyyət qrup zənginin hər bir üzvü üçün əlçatan olacaq və menecer tərəfindən məhdudlaşdırılmayacaq.

Həmçinin qrup zənginin iştirakçıları bir-birlərinə şəxsi mesajlar göndərmək imkanı əldə edəcəklər. Bununla yanaşı, yeniliyə əsasən, qrup çatına yeni istifadəçi qoşulduqda bütün iştirakçılara xüsusi bildiriş göndərilcək.

Sözügedən funksiyalar həm “Android”, həm də “iOS” sistemləri üçün keçərlidir.