Vətən müharibəsi qazisi Mobil Əhmədzadə ailə həyatı qurub.
“Qafqazinfo”nun məlumatına görə, onun toy məclisi ötən gecə Bakıdakı restoranların birində baş tutub.
Məclisdə dövlət qurumlarının rəsmiləri, tanınmış simalar da iştirak edib.
Qeyd edək ki, Əhmədzadə Mobil İlqar oğlu 1999-cu ildə Bakıda anada olub. O, Vətən müharibəsi zamanı yaralı halda 35 gün erməni əsirliyində qalıb, ayağı amputasiya olunub. Leytenant Əhmədzadə 2020-ci ilin dekabrında əsirlikdən azad edilərək Bakıya gətirilib.