Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Bakıdakı məşhur hoteldə eyni yeməyə görə 2 dəfə pul istədilər” - Rusiyalı biznesmen

“Bakıdakı məşhur hoteldə eyni yeməyə görə 2 dəfə pul istədilər” - Rusiyalı biznesmen

Məşhur rusiyalı biznesmen Artyom Bikov Bakıda səfərdə olub.
 

Haqqin.az xəbər verir ki, o, Rusiya mətbuatına müsahibəsində Bakını tərifləsə də, qaldığı “Baku Marriott Hotel Boulevard”ın onun səfərini korladığını bildirib.

“Hotel biabırçı idi. Personalın işini bəyənmədim. Onlar mənə iki hesab yazmağa cəhd etdilər. Bir hesabı ödədim. Birincini ləğv etməmiş gəlib ikinci hesabı yazdılar. Mənim isə hesabları yoxlamaq adətim var. Bu, eyni yeməyi iki dəfə satmaq cəhdi idi. Ciddi müəssisə, beynəlxalq şəbəkədir. Mən tamamilə məyus və narazı idim”, - Bikov deyib.

O əlavə edib ki, hotelə qarşı şikayət hazırlayır.