Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Boşanma məsələsində anam məni “doldur”du” - Aysel Şükürdən ŞOK AÇIQLAMA

“Boşanma məsələsində anam məni “doldur”du” - Aysel Şükürdən ŞOK AÇIQLAMA

Tanınmış bloger Aysel Şükür valideynləri  haqda açıqlamaları ilə gündəmə gəlib.

İnstaqram səhifəsində sual-cavab edən blogerin “Sizin ananız arıdır” sualına “Hə, hamını sancır”, - deyə, cavab verməsi qalmaqala səbəb olub.

Bu haqda Aysel elə instaqramda geniş açıqlama paylaşıb:

“Anam haqqında yazdıqlarım ona pis təsir edib, səhər-səhər mənə “bir ton səs” atıb. Nə olsun anamdır? Mən sözün düzünü deyirəm. Təsəvvür edin: Heç kimi bəyənmir bu insan – nə qız, nə oğlan! Hamıya yuxarıdan aşağı baxır, hamı haqqında – hətta tanımadığı insanlar haqda elə sözlər deyir ki... Dəfələrlə eşitmişəm – demişəm ki, yanımda belə şeylər danışma, namaz qılırsan, görüb bilmədiyin şeylər haqda heç kimin haqqına girmə. Nə olsun anamsan? Bu qədər də yox da...”.

 

İnfluenser keçmiş həyat yoldaşı Oktay Əliyevdən boşanması barədə də söz açıb:

“Hər şey kənardan göründüyü kimi deyil, dostlar. İçim özümü, çölüm özgəni yandırır. Təkcə anam yox, ailəmin digər üzvləri də beş-betərdilər. Təssüf ki, hər kəs ailəsini seçə bilmir. Hətta ayrılmaq, boşanmaq səbəblərimdən biri də anamdır. O qədər məni “doldur”du ki, başımı xarab elədi. İndiyədək deyinir, guya, məni çox istəyir. Övlad sevgisi sizdəki kimi olmur, vaxtında sevgi görsəydim, sevgini başqalarında axtarıb, bu günlərə düşməzdim”.

A.Şükür daha sonra açıqlamalarına belə davam edib:

“Səhərə qədər yatmamışam, ağlamışam. Ona görə buraya içimi tökdüm. Mənə heç kimin yazığı gəlməsin. Ətrafımdakılar bilir ailəm nə tip adamlardır.

Bir dəfə boş vaxtıma düşəndə anamın “gül” sözlərindən video qoyacağam. Bu alfonsdur, səndən istifadə edir. Bu fahişədir niyə salam verdim, o geydir, bu səni istəmir, puluna görə yanındadır. Bu səni ona görə alıb ki, səndən “yesin”. Anama görə hamı tərbiyəsiz, pozğun, küçədə qalmışdır, mən “ev qızı”yam, ay dostlar. Adam deyər ki, sənin qızın da iki dəfə boşanıb da, sənin qızına da rahatlıqla nəsə deyəcəklər, ay ana...

Demirəm ki, dedikləri səhv çıxıb, düz çıxdığı məqamlar da var. Amma məni heç kim sevə bilməz? Məni heç kim mən olduğuma görə istəyə bilməz? Bu qədərmi dəyərsiz, çirkinəm, pis insanam ki, hamı nəyəsə görə mənə yaxınlaşsın? Başa sala bilmirəm, amma qəlbim param-parçadır...”.