"2023-dən gəlirəm” deyən zaman səyyahının dedikləri hər kəsi təəccübləndirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, sosial mediada 2023-cü ildən gəldiyini iddia edən şəxsin dedikləri gündəm olub. Zaman səyyahı 2023-cü ilin əvvəlində ABŞ-da təmizlənmə gecəsinin olacağını və minlərlə insanın öləcəyini bildirib.
Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə zamana səyahət paylaşımları daha çox yer alır. Zaman səyahətçisi olduğunu iddia edən insanlar paylaşdıqları videolarla müxtəlif iddialar irəli sürürlər. Sosial media istifadəçiləri bu iddiaların əksəriyyətinin uydurma olduğunu bilsələr də, sosial mediada hələ də bu iddialar haqqında danışılır.