Kanadada bir universitet alimləri tərəfindən ölüm ayağında olan şəxsləin son anları ilə bağlı araşdırma aparılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ölüm yatağında olan bir qadının beynini araşdıranlar ölümə yaxın olanda onun bütün qohumlarını eşitdiyini aşkar ediblər.
Belə ki, aparılan araşdırmalar nəticəsində həkimlər müəyyən ediblər ki, ölüm anında funksiyasını itirən sonuncu duyğu orqanı qulaqdır. Bu səbəbdən ölüm yatağında olan yaşlı qadının qohumlarının çıxardığı səsləri hiss edə bildiyi müəyyən edilib.