Sosial şəbəkələrin dünya seqmentində 2906-dan gəldiyini deyən bir şəxsin iddiaları geniş müzakirələrə səbəb olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "zaman səyyahı" gələcəkdə insanları yayılacaq bir xəstəlikdən xəbərdar etmək üçün gəldiyini iddia edib.
O, 2024-cü ildə donuzdan insana keçən "donuz taunu” epidemiyasının qısa müddətdə bütün dünyaya yayılacağını iddia edib və koronavirus epidemiyası kimi bir mühitin yaranacağını deyib.
O, həmçinin, insanların birlikdə mübarizə aparmasının vacib olduğunu, əks halda insanlığın sonunun fəlakətli olacağını iddia edib. Zaman səyyahının fikrincə, 2243-2906-cı illər arasında bütün dünyada böyük xaos hökm sürəcək.